Sabah hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması prosesi başa çatır

Sabah hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması prosesi başa çatır

Sabah hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi başa çatır.

NUHÇIXAN-ın məlumatına görə, Seçki Məcəlləsinin 35.2 və 35.5-ci maddələrinə əsasən, dairə seçki komissiyaları (seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi) və bələdiyyə qurumlarının başçıları ilə birlikdə) səsvermə gününə azı 50 gün qalanadək hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılmasını təmin etməlidir.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il iyulun 13-dək olan dövrü əhatə edir.

Müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri səsvermə gününə azı 5 gün qalanadək hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılmasını təmin etməlidir. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il avqustun 27-dək olan dövrü əhatə edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM