satellite   Azerspace-1: 11135 H 30000

DİN: Sabunçuda 310 nömrəli uşaq bağçası ilə bağlı yayılan məlumatlar nəzarətə götürülüb, cinayət işi başlanıb

DİN: Sabunçuda 310 nömrəli uşaq bağçası ilə bağlı yayılan məlumatlar nəzarətə götürülüb, cinayət işi başlanıb

Bakının Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov Naxçıvan televiziyası-a bildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər.

"Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək", - A.Qafarov deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM