satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda bərk məişət tullantılarından enerji alınması üçün emal müəssisəsinin tikintisi planlaşdırılır

Naxçıvanda bərk məişət tullantılarından enerji alınması üçün emal müəssisəsinin tikintisi planlaşdırılır

Naxçıvan televiziyası "Report"a itinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bərk məişət tullantılarından enerji alınması üçün emal müəssisəsinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı açıq tender elan edib.

Tender üzrə işlərə tullantılardan enerji alınması üçün mərkəzi poliqonun və 1 ha sahədə 4 ədəd ötürücü məntəqənin, 200 hektar sahədə elektrik enerjisi istehsalı obyektinin, mexaniki ayırma qurğusunun, inzibati binanın, qaz balonunun və bütün köməkçi qurğuların layihə-smeta sənədlərinin hazırlanması daxildir.

Bu işlərin təxmini dəyəri 296,65 min manatdır.

Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 27 sentyabr 2024-cü il tarixinədək təqdim etməlidir. Tender proseduru həmin gün saat 17:00-da baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM