satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda “Yaşıllıqların götürülməsi Qaydası” dəyişib

Azərbaycanda “Yaşıllıqların götürülməsi Qaydası” dəyişib

Nazirlər Kabineti “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 30 avqust 2016-cı il tarixli qərarında dəyişiklik edib.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycanda suvarma və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, təmiri, bərpası və yenidən qurulması zamanı onların məcrasında, berma və dambasında bitmiş, habelə dövlət ehtiyacı üçün ayrılmış torpaqlarda aparılan meliorasiya və irriqasiya tədbirləri zamanı həmin obyektlərin altına düşən yaşıllığın götürülməsi üçün yaşıllığın götürülməsi vərəqi tələb olunmayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM