satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda nəqliyyat vasitəsindən patronlar və sandıqça aşkar edilib

Naxçıvanda nəqliyyat vasitəsindən patronlar və sandıqça aşkar edilib

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda Türkiyə Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsi rentgen qurğusundan keçərkən monitorda şübhəli təsvirlər müşahidə olunub və avtomobil əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altındakı boşluqdan yivli odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan 23 ədəd 7,62x39 mm kalibirli patron və 1 ədəd sandıqça aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM