satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq

Naxçıvanda internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq

Naxçıvan Muxtar Respublikası (MR) üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Naxçıvan televiziyası-a verilən məlumata əsasən, 13 sentyabr saat 23:30-dan 14 sentyabr saat 05:30-a qədər təxirəsalınmaz profilaktik təmir-bərpa işləri həyata keçiriləcək.

Qeyd olunub ki, təxirəsalınmaz işlər görülən müddətdə muxtar respublika üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin verilişi tam bərpa ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM