satellite   Azerspace-1: 11135 H 30000

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarənin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, yeni tədris ilinin başlanması küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq.

Bunları nəzərə alaraq, bütün sürücülərdən yol hərəkəti qaydalarına ciddi riayət etmələri, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlamaları, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmamaları xahiş olunur.

Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM