satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda ilk dəfə Gənc Ailə Forumu keçiriləcək

Azərbaycanda ilk dəfə Gənc Ailə Forumu keçiriləcək

Azərbaycanda ilk dəfə Gənc Ailə Forumu keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə sentyabrın 26-da Bakıda keçiriləcək forum "Ailə - dəyişməyən dəyərimiz" mövzusuna həsr olunur.

Forumda dövlət və hökumət nümayəndələri, aidiyyəti sahə üzrə 20 mütəxəssis, media mənsubları, bölgələrdən və paytaxtdan dəvət olunan 90-dan çox gənc ailə iştirak edəcək.

Gənc Ailə Forumunun keçirilməsində əsas məqsəd yeniləşən Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu barədə yeni yanaşmaların müzakirəsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM