satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Prokurorluğunda "Açıq Qapı" günü keçirilib - FOTOLAR

Naxçıvan Prokurorluğunda "Açıq Qapı" günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Prokurorluğunda "Açıq Qapı" günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Prokurorluğunda "Açıq Qapı" günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Prokurorluğunda "Açıq Qapı" günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Prokurorluğunda "Açıq Qapı" günü keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Prokurorluğunda Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü ilə əlaqədar Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının tələbələri üçün "Açıq Qapı" günü keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, görüş çərçivəsində prokurorluğun əməkdaşları Faiq Səfərov, Qumral Yusifova və Elvin Hüseynov tələbələrə prokurorluğun fəaliyyət istiqamətləri üzrə məlumat verərək onları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Naxçıvan Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin böyük məsləhətçisi Fərdi Vəliyev Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) barədə tələbələrə ətraflı məlumat verib.

Sonra isə şərti hadisə yerinə baxış zamanı hadisə yerinin müayinə üsulları, hadisə yerində olan dəlillərin rəsmiləşdirilməsi, üzərində aşkar olunan əl-barmaq və digər izlərinin fiksasiya edilməsi, götürülməsi və rəsmiləşdirilməsi qaydası, həmçinin canlı şəxsin və meyitin əl-barmaq izlərinin götürülməsi əyani olaraq tələbələrə izah olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM