satellite   Azerspace-1: 11135 H 30000

İrandan Rusiyaya “gavalı və üzüm” aparan avtomobildən 76 kiloqramdan çox narkotik aşkar edilib

İrandan Rusiyaya “gavalı və üzüm” aparan avtomobildən 76 kiloqramdan çox narkotik aşkar edilib

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə aşkar edilib.

Naxçıvan televiziyası Komitəyə istinadən xəbər verir ki, Astara Gömrük İdarəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “gavalı və üzüm” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli çizgilər müşahidə olunduğundan nəqliyyat vasitəsindəki yüklər boşaldılıb, kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlama aparılıb.

Xidməti itin reaksiyasına əsasən üzüm yükü olan 80 yeşikdən gömrük nəzarətindən gizlədilən, ümumi xalis çəkisi 76 kq 135 qram təşkil edən narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM