satellite   Azerspace-1: 11135 H 30000

Medianın İnkişafı Agentliyi “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlama yayıb - FOTOLAR

Medianın İnkişafı Agentliyi “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlama yayıb<font color=red> - FOTOLAR</font> Medianın İnkişafı Agentliyi “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlama yayıb<font color=red> - FOTOLAR</font>

Medianın İnkişafı Agentliyi “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlama yayıb.

Naxçıvan televiziyası xəbər verir ki, açıqlamada deyilir: “X” sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının Rəhbərliyi adından saxta məlumat yayılmışdır.

Bununla əlaqədar olaraq, adıçəkilən sosial şəbəkə platformasına məlumatın saxta olduğu bildirilib və paylaşımın “X” sosial şəbəkə platforması tərəfindən operativ qaydada silinməsi təmin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirilən bütün tədbir və görüşlərdəki çıxışlarının, səsləndirdiyi fikirlərin mətni Prezidentin rəsmi veb-saytı və sosial şəbəkə hesabları, həmçinin informasiya agentlikləri vasitəsilə yayımlanır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM