satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda bezoar keçilərinin (Capra aegagrus) yeni görüntüsü qeydə alınıb - VİDEO

Naxçıvan televiziyası xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesablarında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan bezoar keçilərinin (Capra aegagrus) görüntüləri paylaşılıb.

Paylaşımda deyilir: "Bezoar keçisi (Capra aegagrus) başqa adla Qaya keçisi Naxçıvan MR ərazisində yerləşən Zəngəzur dağ silsiləsində Bəbirin əsas qidasını təşkil edir. Qaya keçisinin sayındakı müsbət tendensiya Bəbir populyasiyasına da müsbət təsir edir. 

Daimi izləyicilərimiz çox yaxşı bilir ki, WWF Azərbaycan bəbirlərin monitorinqi üçün  foto tələlərdən istifadə edir. Foto tələlərin sayı Naxçıvan MR-da artıq 100-ə yaxınlaşıb və onlar bizə heyvanların davranışı və ekologiyası haqqında dəyərli məlumatlar verir. Bu məlumatları ciddi elmi araşdırmalar etmək istəyən gənc magistr və doktorantlarla paylaşmağa hazırıq. Gəlin vəhşi təbiətimiz haqqında biliklərimizi birgə dərinləşdirək"!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM