satellite   Azerspace-1: 11135 H 30000

Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib

Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib

Milli Məclis gəmilərdən tullantı və başqa predmetlər atmağa görə cərimə məbləğinin artırılmasını birinci oxunuşda təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliklə qeyd olunan cərimə məbləği 30 manatdan 300 manata qədər artırılıb.

Bundan başqa, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM