satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda 2070-ci ildə su ehtiyatlarının 15−25 % azalacağı proqnozlaşdırılır

Azərbaycanda 2070-ci ildə su ehtiyatlarının 15−25 % azalacağı proqnozlaşdırılır

Növbəti illərdə Azərbaycanda su ehtiyatlarında azalmanın davam edəcəyi gözlənilir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

Strategiyada bildirilib ki, Dünya Resursları İnstitutunun son tədqiqatına əsasən, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 164 ölkə arasından 59-cu yerdə qərarlaşıb və orta-yüksək (20−40 % su stresi) risk kateqoriyalı ölkə kimi təsnif edilib.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına təqdim etdiyi Milli Hesabatına əsasən, Azərbaycanın su ehtiyatlarının həcmi (transsərhəd su ehtiyatları ilə birlikdə) qlobal temperaturun artma səviyyəsindən asılı olaraq 2040-cı ilə 5−10 % və 2070-ci ilə 10−15 %, digər ssenari üzrə isə 2040-cı ilə 10−15 % və 2070-ci ildə 15−25 % azalacağı proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM