satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - FOTOLAR

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Ford” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən Murad Cəfərəliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən M.Cəfərəliyevin narkotik vasitə olan metamfetamin istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM