satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ağacların təbii şəraitdən ayrılmadan köçürülməsi üçün texnika alınıb

Naxçıvanda ağacların təbii şəraitdən ayrılmadan köçürülməsi üçün texnika alınıb

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə,"Dövlət Proqramı"na uyğun olaraq yaşıllaşdırma tədbirlərinin aparılması və yaşıllıq sahələrinə xidmət etmək üçün xüsusi təyinatlı maşın-mexanizmləri, eyni zamanda ağacların təbii şəraitdən ayrılmadan köçürülməsi üçün texnika alınıb.

Qeyd edək ki, qazma genişliyi 2 metrdən, qazma dərinliyi isə 1,5 metrdən çox olan bu maşın-mexanizmi vasitəsilə diametri 30 santimetr və daha çox olan ağacları müxtəlif ərazilərə köçürmək mümkün olacaqdır. Nəticədə köçürülən ağaclar isə təbii mühitdən ayrılmadığından quruma təhlükəsi aradan qaldırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM