satellite   Azerspace-1: 11135 H 30000

AMB: Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

AMB: Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

Azərbaycanda ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya və Kibertəhlükəsizlik Departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

Bununla belə, o deyib ki, son vaxtlar banklara qarşı kiberhücumların sayı azalıb: "Banklar dayanıqlı kibertəhlükəsizliyi təmin edib. Ümumiyyətlə, maliyyə institutları kibertəhlükəsizlik üzərində qurulub. İlk olaraq biz aktivlərimizin nə olduğunu bilməli, nəyi qoruduğumuzu anlamalıyıq – məlumatlar və onların dəyəri. İkinci olaraq isə bu aktivlərin mühafizəsi təmin edilməlidir," – deyə E. Eyvazlı vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM