Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font> Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font> Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font> Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font> Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font> Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font> Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font> Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font> Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada 8 Noyabr - Zəfər Günü, “Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub.

Şərur Şəhidlər Xiyabanında keçirilən aksiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, dövlət və hökumət rəsmiləri, şəhid ailəsi üzvləri, qazilər, ekologiya könüllüləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Ərazidə şəhidlərin xatirəsinə 103 çinar tingi əkilib və onların bioqrafiyalarını əks etdirən QR kodlu lövhələr yerləşdirilib.

Bəxtiyar Məmmədov Şərur şəhərində inşa olunacaq şəhidlər memorial-abidə kompleksinin layihəsi ilə tanış olub. Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov məlumat verib ki, şəhər mərkəzində uyğun yer ayrılan kompleksin geniş ərazisində səkkizguşəli ulduz formasında abidə ucaldılacaq və ətrafında qövsvari memorial lövhələr qurulacaq. Lövhələrdə Şərur şəhidlərinin fotoları və onlar haqqında məlumatlar öz əksini tapacaq.

Ali Məclis sədrinin birinci müavini Şərur rayonunun Püsyan kəndi ərazisində salınacaq yeni yaşıllıq zolağına baxıb. Məlumat verilib ki, 10,8 hektarlıq ərazidə salınacaq bağda calaq üsulu ilə yetişdirilmiş müxtəlif meyvə tingləri və qızıl şam ağacları əkiləcək.

Həmin gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 2023-cü ildə imzalanmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair memoranduma əsasən Naxçıvan-Çalxanqala avtomobil yolunun 2-ci kilometrliyində də ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ərazidə 2200 tut tingi əkilib.

Xəbər lenti
Vəfa simvolu - FOTOLAR

11:54 13.12.2024

Paşinyan Moskvaya gedib

10:06 13.12.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM