NUHÇIXAN xəbər verir ki, “8 Noyabr - Zəfər Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayon Əbrəqunus, Kırna Saltaq və Qızılca kəndlərindən olan şəhid ailələrini ziyarət edib.
Zəfər Günü münasibətilə onları təbrik edərək bayram sovqatları təqdim olunub. Görüşdə şəhidlərin keçdiyi döyüş yolundan danışılıb, onlar üçün ayrılmış guşəyə baxılıb. Görüş zamanı deputat Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərini Şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların cəsarətinin Azərbaycan xalqının yaddaşında yaşayacağını qeyd edib. Qəzənfər Abdullayev bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin əsas prioritet məsələsidir. Bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Vurğulanıb ki, bu istiqamətdə gerçəkləşdirilən bütün məsələlərin həlli istiqamətində əlimizdən gələni etməyə çalışırıq. Şəhidin ailə üzvləri ilə həmsöhbət olan deputat onlara mənəvi dəstəyini ifadə edib. Daha sonra deputat şəhidlərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq dərin ehtiramını bildirib.