Bu ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikaya geri qayıdan şəxslərin sayı açıqlanıb

Bu ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikaya geri qayıdan şəxslərin sayı açıqlanıb

Muxtar respublikanın şəhər və rayon icra hakimiyyətlərinin təqdim etdiyi siyahılara əsasən cari ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikaya geri qayıdan şəxslərin sayı, ümumilikdə, 312 nəfər olub. 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, geri qayıdanların 182 nəfərini kişilər, 130 nəfərini isə qadınlar təşkil edib. Həmin şəxslərdən 47-si Naxçıvan şəhərində, 109-u Şərur, 22-si Babək, 3-ü Ordubad, 39-u Culfa, 2-si Kəngərli, 23-ü Şahbuz və 67-si Sədərək rayonlarında qeydə alınıb. 

Muxtar respublikaya 214 nəfərdən ibarət 70 ailə, o cümlədən Naxçıvan şəhərində 31 nəfərdən ibarət 10, Şərur rayonunda 91 nəfərdən ibarət 28, Babək rayonunda 15 nəfərdən ibarət 5, Ordubad rayonunda 3 nəfərdən ibarət 1, Culfa rayonunda 27 nəfərdən ibarət 8, Şahbuz rayonunda 15 nəfərdən ibarət 6 və Sədərək rayonunda isə 32 nəfərdən ibarət 12 ailə geri qayıdıb. Bundan əlavə, 98 nəfər tək olaraq muxtar respublikaya geri qayıdan vətəndaşlardır.

Muxtar respublikaya qayıdanlardan 174-ü Türkiyədən, 10-u Rusiyadan, 2-si Qazaxıstandan, 1-i Amerika Birləşmiş Ştatlarından, 1-i Almaniyadan, 1-i Ukraynadan, 123-ü isə Bakı şəhərindən, Abşeron, Ağcabədi və İsmayıllı rayonlarından olub.

Xəbər lenti
Messi hakimi təhqir edib

12:56 15.11.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM