satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan-Sədərək avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvan-Sədərək avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvan-Sədərək avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Naxçıvan televiziyası xəbər verir ki, hadisə avtomagistralın Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı Şərur rayonu Mahmudkənd sakini, 1979-cu il təvəllüdlü Şəfiyev Pərviz Səmsəddin oğlu, Yengicə kənd sakini, 1986-cı il təvəllüdlü Baxışəliyeva Ülviyyə Məhəmməd qızı və Kəngərli rayonu Böyükdüz kənd sakini, 1990-cı il təvəllüdlü Rzayeva Fərqanə Həşim qızı xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta ağırdır. .

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM