satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda noyabr ayının ilk 15 günü ərzində on bir mindən çox ağac əkilib

Naxçıvanda noyabr ayının ilk 15 günü ərzində on bir mindən çox ağac əkilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi tərəfindən Şərur rayonunun Püsyan kəndi ərazisindəki 10,8 hektar sahədə yeni meyvə bağı salınıb, 9 min ting əkilib.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, idarə tərəfindən noyabr ayının ilk 15 günü ərzində, həmçinin Qarabulaq, Rüstəm, İşgəsu, Bist, Gəvik meşələrində 2,5 hektar sahədə 1000 ədəd ağac əkilib, 10 hektar sahəyə 20 kiloqram toxum səpilib.

Qeyd edək ki, “Əkinçi" bağı və Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarındakı yaşıllıq ərazidə də ümumilikdə 2,6 hektar sahədə 1100 ağac əkilərək, bərpa işləri icra olunub.

Beləliklə, noyabr ayının ilk 15 günündə muxtar respublikada ağacəkmə tədbirlərində 15,9 hektar sahədə 11 mindən çox ağac əkilib, bir yeni meyvə bağı salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM