satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin yanvar-sentyabr ayları ərzində doğumların və ölümlərin sayı azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində doğumların və ölümlərin sayı azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində doğumların və ölümlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77 min 172 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb. Məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olub.

"Həmçinin cari ilin doqquz ayı ərzində ölkədə 43 min 932 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,7-yə düşüb", - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM