satellite   Azerspace-1: 11135 H 30000

Əmək pensiyalarının maliyyələşdirilməsi üçün vəsaitin 11 faiz artırılması nəzərdə tutulub

Əmək pensiyalarının maliyyələşdirilməsi üçün vəsaitin 11 faiz artırılması nəzərdə tutulub

Yaxın günlərdə gələn ilin büdcə zərfi çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan növbəti sosial islahatlar paketi müzakirə olunacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosail siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, həm minimum əməkhaqqı, həm pensiya, həm də sosial müavinətlərin artırılması ilə bağlı tapşırıqlar hökumətə göndərilib:

“Noyabrın 21-də keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında DSMF, İşsizlikdən sığorta fondunun büdcəsi geniş şəkildə müzakirə olunacaq.

Ümumilikdə əmək pensiyalarının maliyyələşdirilməsi üçün 7,2 milyard manat ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 11 faiz çoxdur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM