satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada lentlə yapışdırılan banan 6,2 milyon dollara satılıb

İtaliyada lentlə yapışdırılan banan 6,2 milyon dollara satılıb

Naxçıvan televiziyası-ın məlumatına görə, italiyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara yapışdırılmış banan çərşənbə günü 6,2 milyon dollara satılıb.

Bu barədə “Sotheby's" hərrac evinin “X” sosial şəbəkəsində səhifəsində məlumat verilib.

"Dünyanın ən sensasiyalı bananı indicə 6,2 milyon dollara satılıb", - paylaşımda deyilir. “Komediyaçı” instalyasiyasının təxmini dəyəri 1-1,5 milyon dollar arasında müəyyən edilib. Nəticədə lot Çindən olan kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb.

"Mən indicə banan aldığımı elan etməkdən həyəcanlıyam", - Castin San “X”də yazıb. "Bu, adi sənət əsəri deyil. Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir. Mən yaxın günlərdə bananı yeyəcəyəm və bu, unikal bədii təcrübənin bir hissəsi olacaq", - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM