satellite   Azerspace-1: 11135 H 30000

Сemima Njuki: 2050-ci ilə qədər 150 milyona yaxın qadın yoxsulluğa düçar olacaq

Сemima Njuki: 2050-ci ilə qədər 150 milyona yaxın qadın yoxsulluğa düçar olacaq

Biz qadınların və gənc qızların hüquqlarını qorumalıyıq. Bizim qeyri-adi imkanlarımız var. İqlim maliyyəsi ilə bağlı hansı tədbirlərin keçiriləcəyini yaxşı öyrənməliyik. Bu maliyyə gənc qızları və qadınları əhatə etməlidir.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri BMT-nin Qadınlar Agentliyinin qadınların səlahiyyətləndirilməsi üzrə sədri, BMT-nin Qadınlar Agentliyinin icraçı direktoru Sima Sami Bahaus adından çıxış edən Сemima Njuki COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbirdə deyib.

Afrika qitəsində içməli su problemi yaşadığını diqqətə çatdıran Сemima Njuki burada əsas yükün qadınların üzərinə düşdüyünü qeyd edib: “Onlar uzaq məsafələri qət edərək içməli su dalınca gedirlər. 2050-ci ilə qədər 150 milyona yaxın qadın yoxsulluğa düçar olacaq. Qadınlar milli uyğunlaşma planında prioritetdə olmalıdırlar. Biz bu sahədə vəsaitlərin toplanılmasını tezləşdirməliyik. Çalışmalıyıq ki, qadınların səsi iqlimə aid olan problemlərdə ucalsın”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM