satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

Azərbaycanda gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

2025-ci ildə Azərbaycanda yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı proqnozlaşdırılır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,3 % çoxdur.

Gələn il Azərbaycanda orta aylıq pensiyanın isə bu ilin təsdiq olunmuş proqnozuna nisbətən 9,2 % çox - 536 manat olacağı proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM