satellite   Azerspace-1: 11135 H 30000

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, 4 saylı Naxçıvan şəhər, 101 saylı Samux-Şəmkir, 78 saylı Lənkəran kənd seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Eyni zamanda MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 103 saylı Şəmkir kənd seçki dairəsinin dairə seçki komissiyasının üzvü vəzifəsindən azad edilib və onun yerinə təyinat olub.

MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən isə 102 saylı Şəmkir şəhər seçki dairəsinin dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM