satellite   Azerspace-1: 11135 H 30000

Məntəqə sədri: Naxçıvanda erkən saatlardan seçici aktivliyi müşahidə olunur

Məntəqə sədri: Naxçıvanda erkən saatlardan seçici aktivliyi müşahidə olunur

Naxçıvanda erkən saatlardan etibarən, məntəqədə seçici aktivliyi müşahidə olunur.

Bunu Naxçıvan televiziyası-a açıqlamasında 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 10 saylı seçki məntəqəsinin sədri Pərvin Quliyev deyib.

Onun sözlərinə görə, səsvermə seçici fəallığı şəraitində davam edir:

“Məntəqə üzrə 872 seçici qeydiyyatdadır. Onlardan altı nəfəri ilk dəfə səs verəcək. Dairə üzrə ümumilikdə 32 namizəd 17 yer uğrunda mübarizə aparır”.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM