satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşıb

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşıb

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb.

Naxçıvan televiziyası xəbər verir ki, seçki məntəqələri bu gün saat 8:00-da açılıb, səsvermə 19:00-da başa çatıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 17:00-a olan seçici fəallığı 28,77 faiz olub.

Belə ki, həmin vaxta qədər 1 milyon 715 min 291 nəfər səs verib.

Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.

685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.

Bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM