satellite   Azerspace-1: 11135 H 30000

Elektrik qurtardı: - Benzin qayıdır

Elektrik qurtardı:<font color='red'> - Benzin qayıdır</font>

Almaniyanın “Porsche” avtomobil şirkəti rəsmi açıqlama yayaraq, elektromobillərə keçidin yanlış olduğunu və benzinlə işləyən mühərriklərə qayıtdığını bəyan edib. Şirkət bildirib ki, daxiliyanma mühərriklərinin yeni modellərinin yaradılmasına 800 milyon avro sərmayə qoymaq fikrindədir.

Naxçıvan televiziyası xəbər verir ki, halbuki, dünənə qədər “Porsche” tam əksini deyərək, bildirirdi ki, konveyerlərindən çıxan avtomobillərin maksimin 20%-i ənənəvi yanacaqla işləyəcək. İndi isə konsernin rəhbərləri bu siyasəti ciddi səhv olduğu qənaətinə gəliblər. Onların fikrincə, benzin mühərrikləri hələ uzun müddət bazarda qalacaq. Ona görə, 2030-cu ildən sonra da “Cayenne”və “Panamera” modelləri üçün V-8 mühərriklərinin istehsalını davam etdirəcəklər.

“Porsche” bu baxımdan tək deyil: “Ford”, “General Motors”, “Volkswagen” və “Volvo” kimi böyük istehsalçılar da benzindən imtinanın səhv olduğunu getdikcə daha ucadan bəyan edirlər. Əsas səbəb elektromobillərə tələbatın aşağı olması və bazarın bu seqmentində Çinin avtomobil istehsalçıları ilə rəqabət apara bilməmələridir. Nəticədə milyardlarla dollar ziyana düşürlər.

Bəs Avropanın “yaşıl gündəliyi” necə olsun? Axı orada 2050-ci ilə qədər daxiliyanma mühərrikləri tam şəkildə qadağan olunacaq... Avtomobil istehsalçıları bu siyasəti yanlış sayır və elektromobillərin daha ekoloji olması haqda təsəvvürləri “illüziya” adlandırırlar.

Məsələ ondadır ki, daxiliyanma mühərrikli bir avtomobil hər kilometr məsafəyə görə atmosferə təxminən 125 qram karbon qazı (СО2) atır. Elektromobillər özləri bilavasitə karbon yazı yaratmırlar, amma onların işlətdiyi cərəyan elektrik stansiyalarında hasil olunur. Orada isə böyük miqdarda karbohidratlar yandırılır. Bunun üstünə elektromobilin və ayrılıqda batareyaların istehsalı zamanı yaranan böyük miqdarda karbon qazını da gələndə (8-9 ton) son nəticədə elektromobillər dolayı yolla atmosferin hətta daha çox çirklənməsinə səbəb olurlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM