satellite   Azerspace-1: 11135 H 30000

Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib

Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib

Avropa Komissiyası Gürcüstan da daxil olmaqla, Avropa İttifaqına üzvlüyə namizəd və potensial namizəd ölkələrlə bağlı 2026-cı il üzrə genişlənmə hesabatını təqdim edib.

NTV xəbər verir ki, sənəddə Gürcüstanın Avropa İttifaqına inteqrasiya istiqamətindəki fəaliyyəti, demokratik institutların inkişafı, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, məhkəmə sisteminin fəaliyyəti və dövlət idarəçiliyində islahatlar kimi məsələlər əhatə olunur.

Hesabatda, həmçinin ölkənin Avropa inteqrasiyası istiqamətində əldə etdiyi irəliləyişlər, qarşıda duran vəzifələr və üzvlük prosesinin davam etdirilməsi üçün zəruri islahatlar qiymətləndirilir.

Avropa Komissiyasının illik genişlənmə hesabatı namizəd ölkələrin Avropa İttifaqına üzvlük meyarlarına uyğunluğunun və inteqrasiya prosesindəki vəziyyətinin qiymətləndirilməsi baxımından mühüm sənəd hesab olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM