satellite   Azerspace-1: 11135 H 30000

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Yeddi Avropa ölkəsinin həmkarlar ittifaqları və mənzil hüquqlarını müdafiə edən təşkilatlar noyabrın 20-dən etibarən 3 gün ərzində bahalığa qarşı Avropa miqyasında əlaqələndirilmiş etiraz aksiyaları keçirməyə çağırıblar.

NTV  xəbər verir ki, noyabrın 3-də Parisdə keçirilən görüşdə İspaniya, Fransa, İtaliya, Böyük Britaniya, Portuqaliya, Yunanıstan və Belçikadan olan təşkilatların nümayəndələri aksiyalarda milyonlarla insanın iştirak edəcəyinə ümid etdiklərini bildiriblər.

Təşkilatların əsas tələbləri mənzil hüququnun təmin edilməsi, mənzil, ərzaq və enerji qiymətlərinə nəzarətin gücləndirilməsi, əməkhaqqı və pensiyaların artırılmasıdır. Onlar. həmçinin təhsil, səhiyyə və dövlət mənzil xidmətlərinin qorunmasını, miqrantların əmək hüquqlarının təmin edilməsini, varlıların daha çox vergiyə cəlb olunmasını və yenidən silahlanma siyasətinə, eləcə də fosil yanacaqların inkişafına son qoyulmasını tələb edirlər.

Görüşün təşəbbüskarlarından olan İspaniya Kirayəçilər Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Karm Arakazo Avropada alıcılıq qabiliyyəti böhranının dərinləşdiyi bir vaxtda təşkilatların birgə fəaliyyət göstərmək qərarına gəldiklərini bildirib.

İspaniyada əsas həmkarlar ittifaqları mənzil və əməkhaqqı tələbləri ilə noyabrın 11-də ümumi tətilə çağırıblar. Fransa CGT və Solidaires həmkarlar ittifaqları, eləcə də Mənzil Hüququ Assosiasiyası (DAL) da Avropa miqyaslı etiraz çağırışına qoşulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:56 04.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM