satellite   Azerspace-1: 11135 H 30000

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

Artıq davamlı olaraq neftdən asılılığın daha da azaldılması istiqamətdə Azərbaycan hökuməti tərəfindən məqsədyönlü iş aparılır və növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq. Cari illə müqayisə etsək, bu, 1,7 faiz bəndi daha azdır və fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricimizdir.

NTV  xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.

“Hədəfimiz 2029-cu ildə bu kəsri ÜDM-in 13 faizinə, 2030-cu ildə 12 faizinə çatdırmaqdır və beləliklə də biz büdcənin dayanıqlığı baxımından çox ciddi bir uğur əldə etmiş olacağıq”, - deyə nazir diqqətə çatdırıb.

O bildirib ki, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti növbəti ildə proqnoz rəqəm olaraq 90 faizə çatacaq: “2026-cı ilin proqnozu ilə müqayisə etdikdə bu, 2,1 faiz bəndi daha azdır və 2030-cu ilə, yəni ortamüddətli dövrün sonuna hədəfimiz 100 faiz rəqəminə çatmaqdır. Bu da ana dövlət büdcəsinin dayanıqlığı baxımından, ana fiskal hədəflərimizdən biridir. Biz dövlət büdcəsinin cari xərclərinin 100 faiz qeyri-neft gəlirləri hesabına örtülməsinə planlaşdırırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:56 04.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM