satellite   Azerspace-1: 11135 H 30000

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Əmtəə birjalarında qızıl psixoloji hədd hesab edilən 4000 dollardan yuxarı ticarət olunur.

NTV xəbər verir ki, hazırda qızılın bir troya unsiyasının qiyməti 4010 dollar civarındadır.

Qızılın qiyməti oktyabr ayında 6,8 faiz azalıb. Ayın sonunda qiymət 4000 dollar həddindən aşağı düşərək son bir ilin minimum səviyyəsinə enmişdi.

Ekspertlərin fikrincə, ABŞ-də keçirilən aralıq seçkilərin ilkin nəticələrinin Demokratlar Partiyasının hər iki palatada mövqelərini gücləndirdiyini göstərməsi fonunda dolların və ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliliyinin azalması qızılın qiymətinin yüksəlməsinə səbəb olub. İlkin səs sayımının nəticələrinə əsasən, Demokratlar Partiyası Senat və Nümayəndələr Palatasına nəzarəti yenidən ələ keçirmək uğrunda mübarizədə öndədir. Bazar iştirakçıları bu tendensiyanı qarşıdakı iki il ərzində Prezident Donald Tramp administrasiyasının büdcə kəsirini artıracaq siyasət həyata keçirməsi ehtimalının azalması kimi qiymətləndirirlər.

ABŞ Xəzinədarlıq istiqrazlarının bütün müddətlər üzrə gəlirliliyi aşağı düşüb. Dollar indeksi isə 0,4 faizədək azalaraq son iki ayın ən kəskin geriləməsini nümayiş etdirib.

Analitiklərə görə, bazarlar Demokratların seçkilərdə güclü nəticə göstərməsinin Prezident Donald Trampın fiskal siyasətini nə dərəcədə məhdudlaşdıra biləcəyini və əlavə büdcə xərclərinin artırılması ilə bağlı gözləntiləri azaldıb-azaltmayacağını qiymətləndirir. Bu fonda qızılın qiymətində müəyyən artım müşahidə olunur.

Bundan başqa, yüksək neft qiymətləri və faiz dərəcələrinin yaratdığı təzyiqlərə baxmayaraq, mərkəzi banklar cari ilin üçüncü rübündə 2024-cü ilin sonundan bəri ən sürətli templə qızıl alışı həyata keçiriblər. Dünya Qızıl Şurasının hesabatına görə, hesabat dövründə mərkəzi banklar xalis 321 ton qızıl alıblar. Bununla da cari ilin 9 ayında ümumi alış həcmi 675 tona çatıb.

Digər qiymətli metalların bazarında isə fərqli dinamika qeydə alınıb. Gümüşün bir unsiyasının qiyməti 51 dollar civarındadır. Platin və palladiumun qiymətlərində də cüzi ucuzlaşma baş verib.

Eyni zamanda, “Citigroup”un analitikləri qızılın qiymətinin gələn ilin birinci yarısında 5000 dollar olacağını proqnozlaşdırırlar.

“J.P. Morgan” bankının analitikləri isə hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. “J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətini dəstəkləməyə davam edəcəyini gözləyir.

Qeyd edək ki, iyulda qızılın qiyməti son 5 ayda ilk dəfə aylıq artım tempi nümayiş etdirib.

Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcələri mühitində heç bir gəlir gətirmədiyi üçün cəlbediciliyini itirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:56 04.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM