satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda son 7 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artıb

Azərbaycanda son 7 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artıb

Azərbaycanda 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artıb.

NTV  xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft-qaz ixracının məbləği isə 3,2 milyard manata çatıb: "Azərbaycan Dövlət Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan xarici ticarət saldosu 25 % artaraq 7,1 milyard dollar profisitlə formalaşıb. Bu ilin oktyabrın 1-nə strateji valyuta ehtiyatları 2018-ci ilin sonu ilə müqayisədə iki dəfə artaraq 89,4 milyard manata çatıb. Bu göstərici illik ümumi daxili məhsulun həcmini 20 dəfə üstələyir. Qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı da bu dövrdə təxminən iki dəfə artaraq ümumi əmək müqavilələrinin 56,5 %-ni təşkil edib".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:56 04.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM