Belçikanın şirkətlərinin təxminən üçdə biri gələn il işçilərin sayının azalacağını proqnozlaşdırır.
NTV xəbər verir ki, bu, Belçika Ticarət Palataları Federasiyasının keçirdiyi sorğunun nəticələrindən irəli gəlir.
Sorğuda iştirak edən 894 şirkətin 27,6 faizi işçilərin, respondentlərin 30,3 faizi isə daxili satışların azalacağını gözləyir. Şirkətlərin 45 faizi gələn ilə bədbin yanaşdığını açıqlayıb, nikbin olanların payı isə 13,5 faizdir.
Respondentlərin 57,3 faizi əmək xərclərini 2027-ci il üçün əsas problem kimi göstərib. İnzibati və tənzimləmə yükü 47 faizlə ikinci yerdədir.
Şirkətlər tərəfindən enerji və xammal xərclərinin 39,7, ixtisaslı işçi çatışmazlığının isə 34,6 faiz olduğu diqqətə çatdırılıb. İxrac və investisiya gözləntiləri nisbətən yaxşıdır: şirkətlərin 32,1 faizi hər iki göstəricidə artım gözləyir.
Sorğuya görə, Belçikada biznes etimadı Avropa üzrə orta göstəricidən zəifdir. Avropada isə gözləntilər ilk dəfə yaxşılaşır.
Belçika Palatalarının baş icraçı direktoru Vouter Van Gulck bildirib ki, ölkə şirkətləri ixrac etmək və investisiya qoymaq istəyir, lakin etimad çatışmır. Onun sözlərinə görə, biznesə artım və yeni iş yerləri yaratmaq perspektivləri qaytarılmalıdır.
