satellite   Azerspace-1: 11135 H 30000

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Azərbaycanın biznes və investisiya mühitinin Türkiyədə təşviqi və yeni əməkdaşlıqların qurulması istiqamətində görülən işlər çərçivəsində Ankarada potensial investorların iştirakı ilə görüşlər təşkil olunub.

İqtisadiyyat Nazirliyindən NTV-yə   bildirilib ki, Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin ofisinin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) ilə birgə təşkil etdiyi “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda görüşdə ticarət nümayəndəsi Tamerlan Tağıyev və MÜSİAD-ın Ankara filialının sədri Fatih Bilal Yülek çıxış ediblər.

Azərbaycana yatırım fürsətləri barədə məlumat verilib, ölkələrimiz arasında işgüzar münasibətlərin daha da gücləndirilməsinin önəmi vurğulanıb. Görüş çərçivəsində iştirakçılar üçün ölkəmizdə işgüzar mühit, təqdim olunan güzəşt və təşviq mexanizmləri barədə təqdimat keçirilib, iş adamlarının sualları cavablandırılıb.

İstehsala Əlavə Dəyər Qatanlar Dərnəyi (ÜKSAD) ilə birgə təşkil olunan görüşdə də ölkəmizdə sərmayədarlar üçün yaradılan imkanlar haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb, mümkün tərəfdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM