satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Bu gün Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı yüksəkdir - 32 faizdir. Bu göstərici nəinki regionun, həm də dünya və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinin orta göstəricilərindən, eləcə də digər müqayisə meyarlarından yüksəkdir.

NTV xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Azərbaycan büdcəsinin investisiyayönümlü olduğunu bildirən nazir deyib: “Amma bunun səbəbləri var. Çünki əsaslı xərclərimizlə bağlı bir çox ölkənin hazırda üzləşmədiyi çağırışlarla qarşılaşırıq. Bu çağırışların öhdəsindən gəlməliyik. Qarabağı və Şərqi Zəngəzuru bərpa etməliyik. Bu məqsədlə böyük həcmdə vəsait xərclənir. Paralel olaraq, investisiyayönümlü əsaslı xərclərə də ciddi vəsait ayırırıq. Bu vəsaitlər vasitəsilə ölkə iqtisadiyyatına töhfə verməyə çalışırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM