Xəzər dənizində zəlzələ qeydə alınıb

Xəzər dənizində zəlzələ qeydə alınıb

Martın 4-də Altıağac stansiyasından 229 km şərqdə, Xəzər dənizində zəlzələ baş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 04.03-də baş verən yeraltı təkanların maqnitudası 3.1 olub. Zəlzələ ocağı Yerin 14 kilometr dərinliyində yerləşib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM