Naxçıvan Sağlamlıq Mərkəzinə 33 adda yeni tibbi və texniki avadanlıq alınıb

Naxçıvan Sağlamlıq Mərkəzinə 33 adda yeni tibbi və texniki avadanlıq alınıb

Naxçıvan Sağlamlıq Mərkəzinə 33 adda yeni tibbi və texniki avadanlıq alınaraq əhalinin istifadəsinə verilib, xəstələrin daha komfortlu və effektiv müalicə alması üçün genişmiqyaslı infrastruktur yenilənməsi aparılıb.

NUHÇIXAN əbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdir müavini Hüseyn Ələsgərov deyib.

Nazirlər Kabinetinin rəsmisi qeyd edib ki, həmçinin Ailə Sağlamlıq, Onkoloji və Hemodializ mərkəzləri üçün də bir sıra avadanlıqlar alınıb və mərkəzlərdə təmir işləri başa çatdıqdan sonra istifadəyə veriləcək.

“Bundan başqa, Naxçıvan Sağlamlıq Mərkəzində müasir tələblərə uyğun laboratoriya qurulub və bu laboratoriya üçün də müvafiq avadanlıqlar alınıb. Qısa müddət ərzində bu avadanlıqların istifadəyə verilməsi nəzərdə tutulur. Mərkəzdə əlavə olaraq, iki yeni müasir avadanlıqlarla təchiz edilmiş əməliyyat otaqları istifadəyə verilib. Bu otaqlardan biri hibrid əməliyyat otağıdır ki, bu otaqda yüksək dəqiqlikli diaqnostik və cərrahi müdaxilələrin eyni vaxtda aparılması mümkündür. Naxçıvanın Sağlamlıq Mərkəzində yaradılmaqda olan labaratoriyada İcbari Tibbi Siğortanın Xidmətlər Zərfinə daxil olan bütün laborator xidmətlər göstəriləcək. Bütün bu yeniliklər, Naxçıvan əhalisinin sağlamlığına öz töhfəsini verməklə yanaşı, tibbi xidmətə əlçatanlığı daha da yaxşılaşdıracaq”, - deyə Hüseyn Ələsgərov əlavə edib.

Qeyd edək ki, bu işlər Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planınına uyğun olaraq həyata keçirilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM