Türkiyəli ekspert: İrəvanın Konstitusiya dəyişikliyinə münasibəti Cənubi Qafqazda sülh üçün əsas problemdir

Türkiyəli ekspert: İrəvanın Konstitusiya dəyişikliyinə münasibəti Cənubi Qafqazda sülh üçün əsas problemdir

Ermənistan Konstitusiyasının mətnindən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması təkcə Azərbaycanla sülh prosesinin irəliləməsi baxımından deyil, həm də beynəlxalq hüquq normalarına uyğunluq kontekstində vacibdir. Ermənistanın ədliyyə naziri Srbui Qalyanın Konstitusiya dəyişiklikləri və Bakı ilə İrəvan arasında danışıqlar prosesi arasında əlaqənin olmaması barədə açıqlaması regionda etimad mühitinə xələl gətirir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın Ermənistan hakimiyyətinin ölkənin Əsas Qanununun mətninin dəyişdirilməsi tələblərinə münasibətini şərh edərkən deyib.

O xatırladıb ki, Azərbaycan danışıqlar prosesinin əvvəlindən Ermənistandan qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə bağlı sənədə istinadın Konstitusiyadan çıxarılmasını tələb edir. Eyni zamanda, Ermənistan tərəfinin Konstitusiyaya dəyişikliklərlə bağlı mövqeyi konkretlikdən uzaqdır.

“İrəvan sülh prosesini ləngidən və çətinləşdirən ümumi bəyanatlarla məhdudlaşır”, - deyən AVİM eksperti Ermənistan hakimiyyətinin mövqeyini “Cənubi Qafqazda sülh üçün əsas problem” adlandırıb.

Onun fikrincə, Ermənistan hökumətinin nümayəndələri hələ də Azərbaycanın tələblərinin yerinə yetirilməsi sualına dəqiq cavab verməyiblər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM