satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 5 hektara yaxın ərazidə yeni yaşayış kompleksi tikiləcək

Naxçıvanda 5 hektara yaxın ərazidə yeni yaşayış kompleksi tikiləcək

Naxçıvan şəhərində genişmiqyaslı yaşayış kompleksinin tikintisi üçün layihələndirmə işlərinə start verilir. 

Naxçıvan televiziyası dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu məqsədlə müvafiq müsabiqə elan edib.

Layihə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 hektar torpaq sahəsini əhatə edəcək. Layihənin əsas məqsədi müasir və komfortlu yaşayış şəraitinə malik kompleksin inşasını təmin etməkdir.

Layihənin icrası çərçivəsində müasir standartlara cavab verən mənzillərin, sosial infrastruktur obyektlərinin və abadlaşdırılmış ərazilərin yaradılması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM