satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində Xan çinarı və akasiya ağacları əkilir - FOTOLAR

Naxçıvan şəhərində Xan çinarı və akasiya ağacları əkilir<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərində Xan çinarı və akasiya ağacları əkilir<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərində Xan çinarı və akasiya ağacları əkilir<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərində Xan çinarı və akasiya ağacları əkilir<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərində Xan çinarı və akasiya ağacları əkilir<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərində Xan çinarı və akasiya ağacları əkilir<font color=red> - FOTOLAR</font>

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə şəhərin mərkəzi küçələrində və digər ərazilərində 1000 ədəd Xan çinarı və 300 ədəd akasiya ağaclarının əkilməsinə başlanılıb.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən Naxçıvan televiziyası-a bildirilib ki, hazırda Naxçıvan şəhərində yerləşən Zəfər Parkında 46 ədəd Xan çinarı əkilib. Eyni zamanda, Heydər Əliyev prospektində, Cəlil Məmmədquluzadə, İstiqlal və Nizami Gəncəvi küçələrində 200-dən artıq ağacın əkilməsi planlaşdırılıb.

Qeyd edək ki, Xan çinarı ağacı qədim və möhtəşəm görünüşü ilə şəhərə gözəllik qatır, tarixi və milli dəyəri əks etdirir. Xan çinarı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilib və dünyanın ən uzunömürlü ağaclarından sayılır. Adətən, bu ağaclar 1000-1500 il ömür sürürlər. Əzəmət və ucalıq rəmzi hesab edilən Xan çinarlarının hündürlüyü 25-30 metrə, bəzi hallarda isə 50 metrə çatır.

Naxçıvan şəhərinin mərkəzi küçələrində və digər ərazilərində 1300 ədəd ağac əkilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM