satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda açıq ərazidə yanğın olub - FOTOLAR

Naxçıvanda açıq ərazidə yanğın olub<font color=red> - FOTOLAR</font> Naxçıvanda açıq ərazidə yanğın olub<font color=red> - FOTOLAR</font>

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Qaraçuq kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Nazirlikdən Naxçıvan televiziyası-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində 5 ha sahədə quru ot və kol-kos yanıb. 

Yaxınlıqda yerləşən yüksək gərginlikli elektrik xətləri və ətraf ərazilər yanğından mühafizə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM