Naxçıvan şəhərində əkilən yeni ağaclar ekoloji cəhətdən faydaları ilə seçiləcək

Naxçıvan şəhərində əkilən yeni ağaclar ekoloji cəhətdən faydaları ilə seçiləcək

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərinin mərkəzi küçələrində və digər ərazilərində 1000 ədəd “Xan çinar”ı ağacının və 300 ədəd akasiya ağacının əkilməsinə başlanılıb. Bu məqsədlə xüsusi şəraitdə yetişdirilmiş beş yaşı olan “Xan çinar” ağacları Naxçıvan şəhərinə gətirilib. Artıq Naxçıvan şəhərində yerləşən Zəfər parkında, Əcəmi seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində, Heydər Əliyev prospektində, Cəlil Məmmədquluzadə, İstiqlal və Nizami Gəncəvi küçələrində və şəhərin digər ərazilərində 600-dən artıq ağacların əkini həyata keçirilib.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova deyib.

İcra hakimiyyəti başçısının müavini qeyd edib ki, hazırda ağacların Naxçıvan şəhərinin əsas küçələrindən olan Əziz Əliyev küçəsində əkini davam etdirilir. Naxçıvan şəhərinin mərkəzi küçələrində və digər ərazilərində 1300 ədəd ağacın əkilməsi nəzərdə tutulur.

“Xan çinar”ı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilib və dünyanın ən uzunömürlü ağaclarından sayılır. Adətən bu ağaclar 1000-1500 il ömür sürür. Əzəmət və ucalıq rəmzi hesab edilən “Xan çinar”larının hündürlüyü 25-30 metrə, bəzi hallarda isə 50 metrə çatır. Bildiyiniz kimi, Naxçıvan şəhəri ərazisində yaşıllıq zolaqları çox olsa da, əksər ağaclar dekorativdir və bunların kölgələri çox az olur, yay günlərində, isti havalarda şəhər sakinlərinin bu şəraitdə istirahətinə çətinlik yaradır. Yeni əkilən ağaclar isə gələcəkdə öz ecazkarlığı ilə həm şəhərimizə gözəllik bəxş edəcək, həm də yaşıllığı, ekoloji cəhətdən ətrafa faydası ilə seçiləcək”, - deyə Gülxanım Orucova əlavə edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM