satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları bəyan edilməyən meyvə-tərəvəz yükü aşkar edib

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları bəyan edilməyən meyvə-tərəvəz yükü aşkar edib

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikası ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana meyvə-tərəvəz yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Naxçıvan Karqo Terminal” gömrük postunda baxış keçirilib.

Stasionar rentgen qurğusunun təsvirlərində uyğunsuzluq qeydə alındığından avtomobil əsaslı yoxlamaya cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsindən 4390 kq alma yükünün İran İslam Respublikası ərazisində boşaldıldığı və yerinə 3600 kq portağal, 630 kq xiyar və 160 kq qarpızın yükləndiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM