satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni meşəlik salınması məqsədilə 3300 ədəd ayland, çinar və kızılçam tingləri əkilib - FOTOLAR

Naxçıvanda yeni meşəlik salınması məqsədilə 3300 ədəd ayland, çinar və kızılçam tingləri əkilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni meşəlik salınması məqsədilə 3300 ədəd ayland, çinar və kızılçam tingləri əkilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni meşəlik salınması məqsədilə 3300 ədəd ayland, çinar və kızılçam tingləri əkilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə meşəsalma tədbiri həyata keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev iştirak edib.

Tədbir çərçivəsində Pürcuvar Dövlət Meşəsinin meşə ilə örtülü olmayan hissəsində yeni meşəlik salınması məqsədilə 3 hektar sahədə 3300 ədəd ayland, çinar və kızılçam tingləri əkilib.

Məlumat üçün qeyd edək ki, regionun ekoloji balansını qorumaqda, hava keyfiyyətinin yaxşılaşdırılması və iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım hesab edilən meşəsalma və meşəbərpa tədbirləri Nazirlik tərəfindən cari il ərzində davam etdiriləcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM