Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulub.
NTV xəbər verir ki, günün ilk matçında I Liqa təmsilçiləri “Xankəndi” və “Gəncəbasar” komandaları üz-üzə gəliblər. Gəncə klubu əlavə vaxtda rəqibini 3:2 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.
Digər görüşdə isə I Liqada mübarizə aparan “Karvan-Yevlax” II Liqa təmsilçisi “Zəngəzur”u 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Bununla da 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub.
