Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsindən istefa verəcəyini açıqlayıb.
NTV xəbər verir ki, Laqard bu barədə AMB-nin İdarəetmə Şurasına və Avropa Şurasının prezidenti Antonio Kostaya məlumat verib.
Onun varisi Avropa İttifaqının Fəaliyyəti haqqında Müqavilənin 283-cü maddəsinə uyğun olaraq Avropa Şurası tərəfindən təyin ediləcək.
